
Paytaxtın Nəsimi rayonunda quldurluq cinayəti qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər axşam saat 20 radələrində zərərçəkənə fiziki zor tətbiq edərək 2 min 500 manat dəyərində mobil telefonunu ələ keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən olunaraq saxlanılıblar.
Digər tədbir nəticəsində Alatava qəsəbə sakininin evindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Ramazanov tutulub.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz