Zelenski Türkiyəyə getdi


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna liderinin burada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşü gözlənilir.
Zelenskinin həmçinin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasını müzakirə edəcək.
Görüşlərdə Ukrayna ilə bağlı gündəmdəki mövzularla yanaşı, Rusiya-Ukrayna müharibəsinə dair aktual məsələlər, İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və daimi həll yoluna yönəlik səylərin müzakirə edilməsi də nəzərdə tutulur.
Zelenskinin Türkiyə heyəti arasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da var. O da ötən həftə Türkiyədə danışıqlar aparıb, lakin medianın məlumatına görə, daha sonra ABŞ-yə gedib.

DİGƏR XƏBƏRLƏR

Top