Dünya çempionatına vəsiqə qazanan ən kiçik ölkə oldu


Kurasao millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bununla da cəmi 156 000 nəfərin yaşadığı ada ölkəsi dünya çempionatına vəsiqə qazanan ən kiçik ölkə olub.
Bu nəticə ilə, Kurasao həmçinin, İslandiyanın rekordunu yeniləyib.
Bu uğurda təcrübəli niderlandlı məşqçi Dik Advokatın böyük rolu olub. O, bir vaxtlar “Fənərbaxça”, “Feyenoord”, “Sanderlend”, PSV, “AZ Alkmaar”, “Utrext” kimi klublara, Belçika, Rusiya, Niderland, Serbiya, Cənubi Koreya və İraq kimi millilərə rəhbərlik edib. 78 yaşlı Advokat 2024-cü ilin yanvarında Kurasao millisinin baş məşqçisi təyin edilib.
Kurasao 2026-cı il dünya çempionatının seçmə mərhələsinin altıncı turunda Yamayka millisi ilə qarşılaşıb. Qarşılaşma noyabrın 18-dən 19-na keçən gecə Yamaykanın Kinqston şəhərindəki “İndependens Park” stadionunda baş tutub. 0:0 hesabı ilə heç-heçə başa çatan oyun Kurasao futbolçularına 12 xalla B qrupunda birinci yeri tutmağa imkan verib. Yamayka ikinci (11 xal), Trinidad və Tobaqo üçüncü (9), Bermud adaları isə sonuncu (0) olub.

DİGƏR XƏBƏRLƏR

Top