
Kembric Lüğəti (Cambridge Dictionary) “parasosial” sözünü 2025-ci ilin sözü elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat lüğətin bloqunda öz əksini tapıb.
Bu termin ən çox insanların şəxsən tanımadıqları insanlarla hiss etdikləri birtərəfli emosional əlaqəni ifadə edir.
2025-ci ildə bu, məşhur bir fenomenə çevrilib. Çünki sosial media istifadəçiləri getdikcə ulduzlar, məşhurlar və bəzən kitab personajları və ya süni intellektlə guya yaxın münasibətlər qurmağa başlayıblar.
Məlumatda qeyd edilir ki, bu termin 1956-cı ildə sosioloqlar Donald Horton və Rişard Vol tərəfindən televiziya tamaşaçılarının televiziya aparıcılarına münasibətini təsvir etmək üçün yaradılıb.
Qeyd edək ki, bundan əvvəl Kembric Lüğəti lüğətə tiktokerlərin “skibidi”, “treydvayf”, “delulu” və “broliqarxiya” sözlərini əlavə edib. Lüğətşünaslar qeyd edirlər ki, bu neologizmlər müvəqqəti tendensiya deyil. Bu o deməkdir ki, onlar dildə möhkəm yer tuturlar və insanlar onlara öyrəşməlidirlər.
Tətbiqimizi yükləyə bilərsiniz