“ABŞ-yə investisiya qoyuluşu 20 trilyon dolları keçəcək” – Tramp


ABŞ 2025-ci ilin sonuna kimi 20 trilyon dollardan çox investisiya cəlb edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
Tramp ilk doqquz ayda ABŞ iqtisadiyyatına 17 trilyon dollardan çox vəsaitin daxil olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda bu rəqəm 18 trilyon dollara yaxındır. Siyasətçi əmin edib ki, ilin sonuna qədər ümumi investisiya 20-21 trilyon dollara çatacaq.
O, ABŞ-yə qoyulan bu sərmayənin istənilən ölkəyə qoyulan əvvəlki sərmayədən 10 dəfə çox olduğunu bildirib.
“Və bu investisiya axını əsasən tariflərlə bağlıdır”, - Amerika lideri əlavə edib.
Qeyd edək ki, Tramp bundan əvvəl əmin olduğunu bildirmişdi ki, onun xarici məhsullara tətbiq etdiyi yeni tariflər müəssisələri istehsal müəssisələrini ABŞ-yə köçürməyə məcbur edəcək.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumlar tətbiq edib. Amerika lideri daha sonra bəzi ölkələr üçün tarif dərəcələrinə düzəlişlər edib.

DİGƏR XƏBƏRLƏR

Top