Azərbaycan resursları açılmır – “Cloudflare” çöküb


“Cloudflare” çöküb – bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır”.
Yeniavaz.com
xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz yazıb.
“Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq  baş verib.
“Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda saytlar açılmır, “Cloudflare Error” tipli xətalar görünür.
“Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə , serverlərdə problem yoxdur – trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.
“Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”, - Osman Gündüz bildirib.

DİGƏR XƏBƏRLƏR

Top