Baxçalı Öcalanla görüşə hazır olduğunu bildirib


Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK-nın silahı yerə qoyması ilə bağlı aparılan işlər çərçivəsində təşkilatın İmralı adasındakı ağır rejimli cəzaçəkmə məntəqəsində olan rəhbəri Abdullah Öcalanla görüşə biləcəyini deyib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o bu barədə partiyasının iclasında danışıb.
Baxçalı danışıqlar üçün yaradılan komissiya üzvlərini də İmralıya getməyə və Öcalanla görüşməyə çağırıb:
“İmralıya getməklə bağlı müzakirələrə son qoyulmalıdır. Mövzu ilə bağlı ayaq dartmağın mənası yoxdur. Əgər onlar bu addımı atmasa, özüm üç dostumla İmralıya getməkdən və bir masa arxasında üz-üzə görüşməkdən çəkinməyəcəm”.
O daha sonra partiya üzvlərindən Öcalanla görüş üçün icazə istəyib. Bu suala partiya üzvləri alqışlarla qarşılıq verib.

DİGƏR XƏBƏRLƏR

Top