Benzema “Real Madrid”ə qayıda bilər


Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema gələcəkdə “Real Madrid”ə qayıda biləcəyini etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə İspaniyanın AS qəzetinə müsahibəsində bildirib.
"Real Madrid”ə mümkün qayıdış? Florentino Peres (“Real Madrid”in prezidenti) orada olsa, bu baş verə bilər. Mən heç vaxt Peresə “yox” deməzdim. Mən “Real Madrid” azarkeşiyəm, bunu qəlbimdə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Görək nə olacaq”, - Benzema qeyd edib.
Qeyd edək ki, 37 yaşlı Benzema 2009-2023-cü illərdə “Real Madrid”də çıxış edib. Komanda ilə o, dörd La Liqa, üç Kral Kuboku və beş Çempionlar Liqası titulunu qazanıb. 2022-ci ildə Benzema Fransanın “France Football” jurnalı tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”u qazanıb. O, “Real Madrid” üçün 648 oyunda 354 qol vuraraq, klubun ikinci ən çox qol vuran futbolçusu olub.

DİGƏR XƏBƏRLƏR

Top