Beynəlxalq axtarışda olan şəxs Polşada saxlanıldı


Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşa ərazisində saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə Elmixan Allahyar oğlu Kərimov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul  edilib. O, beynəlxalq axtarışa verilib.
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top