Azərbaycan bu il 23 ölkədən 38,5 ton qızıl alıb – Tam siyahı


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 23 ölkədən qızıl idxal edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında ölkəyə 3 milyard 750 milyon 313 min 240 dollar (təxminən 6,4 milyard manat) dəyərində 38 min 477,65 kiloqram qızıl idxal olunub.
Azərbaycanın idxal etdiyi qızılın bir qramının orta gömrük dəyəri 97,5 dollar olub.
Onu da qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan qızıl idxalını 61% və ya 14 min 619 kiloqram artırıb. Belə ki, ötən ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 833 milyon 814 min dollar olan 23 min 858,5 kiloqram qızıl (bir qramının orta gömrük dəyəri 76,8 dollar) gətirilib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan aşağıdakı ölkələrdən qızıl idxal edib:
Qazaxıstan – 2 556,83 kq (bir qramın orta gömrük dəyəri 102,5 dollar);
Qırğızıstan – 417,36 kq (106,9 dollar);
Özbəkistan – 1 226,92 kq (101,8 dollar);
Rusiya – 6 783,68 kq (96,8 dollar);
ABŞ – 4 453,16 kq (103 dollar);
Avstraliya – 4 120,75 kq (89,3 dollar);
Böyük Britaniya – 4 860,9 kq (99 dollar);
Braziliya – 1 021,46 kq (93,3 dollar);
Cənubi Afrika Respublikası – 2 526,6 kq (105,9 dollar);
Çin – 1 186,22 kq (92,4 dollar);
Honkonq – 184,29 kq (90,8 dollar);
Filippin – 278,61 kq (101,7 dollar);
İsveçrə – 1 470,02 kq (98,7 dollar);
Kanada – 1 398,88 kq (94,6 dollar);
Meksika – 2 557,6 kq (91,3 dollar);
Türkiyə – 1 134,89 kq (87,5 dollar);
Yaponiya – 149,89 kq (103,9 dollar);
Zimbabve – 12,2 kq (92,9 dollar);
Almaniya – 1 062,49 kq (90,2 dollar);
İspaniya – 692,15 kq (105,7 dollar);
İsveç – 38,16 kq (107,4 dollar);
İtaliya – 296,48 kq (105,4 dollar);
Rumıniya – 48,12 kq (103,1 dollar).

Ən yüksək qiymətə qızıl İsveç, Qırğızıstan və Cənubi Afrika Respublikasından, ən aşağı qiymətə isə Türkiyə və Avstraliyadan idxal olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top