
Dubayda sürücüsüz hava taksiləri 2026-cı ildə istifadəyə verilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerikanın “Joby” şirkəti artıq hava taksilərini uğurla sınaqdan keçirib.
Bu, altı elektrikli vintli mühərrikin köməyi ilə havaya qalxan və bir ərazi avtomobili ölçüsündə olan dörd nəfərlik kapsuldur.
Sürücüsüz hava taksilərinin sürəti 320 km/saata çatır.
Layihənin hazırlanması 16 ilə başa gəlib.
NBC bildirib ki, Dubayda artıq hava taksiləri üçün xüsusi limanlar tikilir və ilk marşrutlar 2026-cı ildə açıla bilər.
Telekanal əlavə edib ki, oxşar taksilər yaxın gələcəkdə ABŞ-nin beş şəhərində də peyda ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz