
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff noyabrın 19-da Türkiyəyə səfər etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyədəki mənbəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.
Qeyd edək ki, Zelenski bundan əvvəl Ukrayna nizamlanması üzrə danışıqları intensivləşdirmək üçün noyabrın 19-da Türkiyəyə səfər edəcəyini bildirib. O, nümayəndə heyətinin tərəfdaşlarına inkişaf etmiş həlləri təqdim edəcəyini, həmçinin, məhbus mübadiləsi və qaytarılmasını bərpa etmək istədiyini qeyd edib. Zelenski Türkiyədə kiminlə danışıqlar aparmaq niyyətində olduğunu və ya hazırladığı bəyanatların məzmununu açıqlamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz