Ali Məhkəmədə Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb


Çoxsaylı cinayətlərdə təqsirli bilinərək 10 il həbsə məhkum edilmiş ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, Ali Məhkəmə bir az əvvəl cinayət işi ilə bağlı son qərarı açıqlayıb.
Məhkəmə apellyasiya instansiyasının qərarında hər hansı qanun pozuntusu müəyyən etməyib. Bu səbəbdən şikayət əsassız sayılaraq rədd edilib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ildə polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.
O, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma), 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.

DİGƏR XƏBƏRLƏR

Top