
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı hər hansı variantı, o cümlədən quru hərbi əməliyyatını istisna etmdəiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Jurnalistlərdən birinin quru qoşunlarının istifadəsi də daxil olmaqla, indiki məqamda nəyisə istisna etməyə hazır olub-olmadığı sualına Tramp belə cavab verib:
“Mən heç nəyi istisna etmirəm, sadəcə olaraq, Venesuela məsələsini həll etməliyik”.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib və sentyabr ayından bəri Venesueladan narkotik qaçaqmalçılığı ilə bağlı saxta ittihamlarla beynəlxalq sularda ən azı 20 sürətli qayığı və 76 nəfəri məhv edib.
Noyabrın 16-da Pentaqon “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunun Karib dənizinə daxil olduğunu açıqlayıb.
“The New York Times” qəzetinin yazdığına görə, Tramp MKİ-yə Venesuelada gizli əməliyyatlar keçirmək səlahiyyəti verib.
Amerika mediası ABŞ-nin tezliklə Venesueladakı narkotik kartelinin hədəflərinə zərbələr endirməyə başlaya biləcəyini istisna etməyib.
Noyabrın 11-də Pentaqon Trampa Venesuelaya qarşı potensial əməliyyatlar, o cümlədən yerüstü hədəflərə zərbələr endirmək üçün yenilənmiş planlar təqdim edib. Amerika lideri bu planları nəzərdən keçirdikdən sonra jurnalistlərə Vaşinqtonun Venesuelaya qarşı atmalı olduğu addəmlar barədə qərar qəbul etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz