Zelenski Türkiyəyə gedir


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların bərpasına hazırlıq üçün sabah Türkiyəyə səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat verib.
Məlumata görə, Ukrayna Prezidenti Türkiyədə bir sıra görüşlər keçirməyi planlaşdırır.
“Sabah Türkiyədə görüşlərimiz var. Danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həllər hazırlamışıq. Müharibəni sona çatdırmaq üçün əlimizdən gələni etmək Ukraynanın əsas prioritetidir”, - deyə yazıb.
Zelenski əlavə edib ki, məhbusların dəyişdirilməsi və qaytarılmasının bərpası istiqamətində də iş gedir.

DİGƏR XƏBƏRLƏR

Top