
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də (ABŞ vaxtı ilə) Ağ Evdə super ulduz Kriştiano Ronaldonu qəbul edəcək.
Yeniavaz.com Amerika mətbuatına istinadla xəbər verir ki, Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcəyi gün Ronaldonun Ağ Evə gəlməsi planlaşdırılır.
Ronaldo hazırda Səudiyyə Peşəkar Liqasında “Əl-Nəsr” klubunda çıxış etsə də, Ağ Ev bu iki hadisənin əlaqəli olub-olmadığını təsdiqləməyib.
Görüşün daha çox 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı ilə bağlı olduğu bildirilir.
Bundan başqa, Portuqaliya DÇ-2026-dan əvvəl ABŞ ilə yoldaşlıq oyunu keçirə bilər. ESPN telekanalı da belə bir planın müzakirə olunduğunu təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl portuqaliyalı superulduz Trampa “Prezident Donald Tramp, sülh üçün futbol oyna” yazısı olan imzalı köynək göndərmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz