
Bu ilin 3-cü rübü ərzində Azərbaycanda ümumilikdə 28 min 836 yeni iş yeri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox yeni iş yerinin Nərimanov rayonunda açıldığı bildirilir. Bu ilin iyul–sentyabr aylarında Nərimanovda açılan yeni iş yerlərinin sayı 4 min 19 olub.
Qeyd edək ki, ölkə üzrə açılan yeni iş yerlərinin 78%-i və ya 22 min 434-ü Bakı şəhərinin payına düşüb.
Azərbaycanın 6 rayonunda – Babək, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Xızı rayonlarında 3 ay ərzində – iyul–sentyabr aylarında yeni iş yeri açılmayıb.
Paytaxt Bakının bəzi rayonlarından sonra ən çox iş yeri Sumqayıt (838 yer), Abşeron (717 yer), Şirvan (572 yer), Zaqatala (487 yer) və Qubada (483 yer) açılıb.
Naxçıvan Muxtar Respublikasına daxil olan şəhər və rayonların yalnız 3-də – Naxçıvan şəhərində (89 yer), Ordubad (2 yer) və Şərur (2 yer) rayonlarında yeni iş yerləri açılıb.
Azərbaycanın şəhər və rayonlarında açılan yeni iş yerlərinin sayı aşağıdakı kimi olub:
Azərbaycan – 28 836
Bakı şəhəri – 22 434
Nərimanov – 4 019
Nəsimi – 3 988
Yasamal – 2 990
Xətai – 2 791
Səbail – 2 609
Binəqədi – 2 194
Sabunçu – 1 446
Nizami – 1 103
Sumqayıt – 838
Abşeron – 717
Şirvan – 572
Xəzər – 561
Zaqatala – 487
Quba – 483
Suraxanı – 453
Gəncə – 214
Qəbələ – 209
Bərdə – 199
Tovuz – 111
İmişli – 124
Xankəndi – 131
Mingəçevir – 52
Göygöl – 51
İsmayıllı – 45
Lənkəran – 44
Ağdam – 41
Göyçay – 40
Samux – 37
Cəlilabad – 36
Neftçala – 34
Zəngilan – 32
Siyəzən – 33
Qax – 30
Ağcabədi – 30
Şuşa – 29
Sabirabad – 27
Cəbrayıl – 27
Salyan – 26
Qazax – 21
Kürdəmir – 20
Zərdab – 18
Yevlax – 18
Saatlı – 17
Gədəbəy – 16
Ağdərə – 14
Xocavənd – 14
Ağdaş – 13
Ağstafa – 13
Oğuz – 12
Yardımlı – 12
Kəlbəcər – 12
Qobustan – 11
Masallı – 9
Xocalı – 7
Pirallahı – 7
Ağsu – 5
Qubadlı – 5
Hacıqabul – 5
Daşkəsən – 4
Şabran – 4
Ucar – 3
Ordubad – 2
Şərur – 2
Naftalan – 2
Babək – 0
Culfa – 0
Kəngərli – 0
Sədərək – 0
Şahbuz – 0
Xızı – 0
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz