BMT Təhlükəsizlik Şurası ABŞ-nin Qəzza planını təsdiqlədi


BMT Təhlükəsizlik Şurası ABŞ Prezidentinin Qəzza zolağına dair sülh planını dəstəkləyən qətnamə layihəsini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü sənədin lehinə səs verib. Rusiya və Çin bitərəf qalıb.
Amerika layihəsi Qəzzada “sülh şurası” adlı müvəqqəti idarəetmə orqanının yaradılmasını  və iki illik mandatla beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Sənəddə Fələstin probleminin iki dövlətli həllindən bəhs edilmir və Fələstin dövlətçiliyinə uzaq perspektiv kimi baxılır.
ABŞ prezidenti Donald Trampın Qəzzada sülh yolu ilə nizamlanmasına dair 20 bəndlik planı gələcəkdə HƏMAS-ın Zolağın idarə olunmasında birbaşa və ya dolayı iştirakını istisna edir.

DİGƏR XƏBƏRLƏR

Top