
“Təyyarənin qara qutusunu və şəhidlərimizin qalıqlarını tez bir zamanda çıxardıq. Cümə günü şəhidlərimizi torpağa tapşırmaq üçün ölkəmizə gətirdik”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı danışarkən deyib.
Ölkə başçısı qeyd edib ki, qəza və dağıntı qrupunun topladığı məlumatlar və qara qutunun tədqiqi nəticəsində 20 nəfərin həyatına son qoyan bu faciəvi hadisənin niyə baş verdiyini daha aydın anlaya biləcəyik:
“Bu məlumatı şəffaf şəkildə ictimaiyyətlə, xüsusən də şəhid ailələri ilə paylaşacağıq. Fürsətdən istifadə edərək, zəng və ya mesaj göndərməklə kədərimizi bölüşən bütün dost və qardaş ölkələrə təşəkkürümü bildirirəm”.
Tətbiqimizi yükləyə bilərsiniz