
Britaniya üç Afrika ölkəsi vətəndaşlarına vizanın verilməsini dayandıra bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən “The Times” məlumat yayıb.
Qəzet qeyd edir ki, bu ölkələr Namibiya, Konqo Demokratik Respublikası və Anqoladır.
Nəşrin yazdığına görə, bu ölkələr Britaniyaya qeyri-qanuni yollarla gələn təxminən 4 min soydaşını geri qəbul etməkdən imtina ediblər. Məqalədə qeyd olunur ki, noyabrın 13-də Britaniya Daxili İşlər Nazirliyi bu ölkələrin Londondakı səfirliklərinə bir ay ərzində deportasiya ilə bağlı Böyük Britaniya hakimiyyət orqanları ilə daha fəal əməkdaşlıq etmədikləri təqdirdə viza məhdudiyyəti riski barədə xəbərdarlıq edib.
Britaniya ilk öncə, diplomatlar və imtiyazlı şəxslər üçün sürətli viza hüququnu ləğv etməyi planlaşdırır. Daha sonra məhdudiyyətlər bu ölkələrin bütün vətəndaşlarına, o cümlədən tam viza qadağasına şamil ediləcək. Nəşr vurğulayır ki, zaman keçdikcə miqrantlarını geri qəbul etmək istəməyən digər ölkələr də qara siyahıya əlavə oluna bilər: Pakistan, Hindistan, Nigeriya, Banqladeş, Qabon və Somali.
Tətbiqimizi yükləyə bilərsiniz