“Chevron” da “Lukoil”in xarici aktivlərini almaq istəyir


“Amerikanın “Chevron” neft şirkəti Rusiyanın ABŞ-nin sanksiyalarına məruz qalan “Lukoil” neft şirkətinin beynəlxalq aktivlərini almaq imkanlarını araşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” beş mənbəyə istinadən məlumat yayıb. 
Bildirilib ki, “Chevron” “Lukoil”in bütün portfelini deyil, yalnız şirkətin Rusiya neft istehsalçısı ilə üst-üstə düşdüyü aktivləri almağı düşünür.
Məsələn, hər iki şirkət Qazaxıstanın Karaçaqanak və Tengiz yataqlarında neft hasil edir. “Lukoil” həmçinin “Chevron”un operatoru olduğu Nigeriyanın OML-140 dəniz layihəsində də paya malikdir.
“Reuters”in suallarına cavab olaraq “Chevron” bildirib ki, o, öz biznesinə aid olan qanun və qaydalara əməl edir və kommersiya məsələləri ilə bağlı şərh vermir.
Qeyd edək ki, oktyabr ayında ABŞ-nin şirkətə qarşı sanksiyalarını elan etdikdən sonra “Lukoil” beynəlxalq aktivlərinin satışını elan edib. Məhdudiyyətlər noyabrın 21-dən qüvvəyə minəcək. Sanksiyalar həmçinin “Lukoil” və onun törəmə şirkətləri ilə iş görənlərə də tətbiq olunacaq.
Putinin dostu Gennadi Timçenkoya yaxın olan İsveçrənin “Gunvor” şirkəti Rusiya şirkətinin Avropa və ABŞ-dəki aktivlərini almağa hazırlaşırdı. Lakin Vaşinqton bu razılaşmanın qarşısını alıb.

DİGƏR XƏBƏRLƏR

Top