
Nigeriya millisinin fransalı baş məşqçisi Erik Şell 2026-cı il Dünya Çempionatının Afrika seçmə mərhələsinin finalında uduzduqdan sonra Konqo DR millisinin məşqçilər korpusunu cadugərlikdə günahlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Mikki Cunior məlumat verib.
Qeyd edək ki, Konqo DR Nigeriyanı penaltilər seriyasında 4-3 hesabı (ümumi hesab 1-1) ilə məğlub edərək Dünya Çempionatının seçmə turnirinin qitələrarası pley-off mərhələsinə vəsiqə qazanıb. Penaltilər seriyasından sonra Şell az qala rəqib komandanın məşqçilər korpusu ilə dava edib. O, Konqo DR-nin məşqçilər korpusunun üzvündən birinin penalti zərbələri zamanı vudu ritualı etdiyini iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz