
ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlar apara bilər.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.
“Ola bilər ki, Maduro ilə bəzi danışıqlarımız olsun. Baxarıq, nə baş verəcək”, – Amerika lideri bildirib.
Onun sözlərinə görə, Venesuela tərəfi Vaşinqtonla danışıqlar aparmaq istəyir.
Qeyd edək ki, bir gün əvvəl ABŞ-nin “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Venesuela ilə gərginliyin artması fonunda Karib hövzəsinə daxil olub. Döyüş gəmisi onlarla taktiki təyyarə daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz