
Rusiya pilotsuz uçuş aparatları Odessa vilayətinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Dunay çayı üzərindəki İzmail limanında maye qaz daşıyan tanker yanıb.
Türkiyə rəsmilərinin məlumatına görə, vurulan gəmi Türkiyə bayrağı altında üzən “Orinda” olub. Təyyarədə 16 ekipaj üzvü olub. Hamı təxliyə edilib, xəsarət alan olmayıb.
Tankerdəki partlayış təhlükəsi ilə əlaqədar Rumıniya hakimiyyəti İzmaildən Dunay çayının o tayında yerləşən iki kəndin - Plauru və Çatalkioyun boşaldılmasını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz