Mirzoyanla Huker “Tramp marşrutu”nu müzakirə etdi


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvanda keçirilən görüşdə “Tramp marşrutu” layihəsinə hazırlıq məsələlərini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər bu layihənin daha böyük nəqliyyat və digər kommunikasiyalar şəbəkəsinin inkişafı üçün əhəmiyyətini vurğulayıblar.
Onlar Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Tərəflər avqustun 8-də Vaşinqton sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işləri qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top