
Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində bir nəfər alıcı kimi mağazadan gümüş bilərzik oğurlayıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı F.Süleymanov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, rayon ərazisində yerləşən evlərin birinin girişindən velosiped və mobil telefon oğurlamaqda şübhəli bilinən 34 yaşlı İ.Nəbiyev, həmçinin əvvəllər məhkum olunmuş 33 yaşlı H.Bəhmənov saxlanılıblar.
Araşdırmalar aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz