“Rusiya ilə iş aparan ölkələrə qarşı sərt sanksiyalar hazırlanır”


“Respublikaçılar Rusiya ilə iş aparan ölkələrə qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp noyabrın 16-da Floridadan Vaşinqtona qayıtmazdan əvvəl jurnalistlərin suallarını cavablayarkən deyib.
O, eyni şeyin İrana da şamil oluna biləcəyini qeyd edib.
Xatırladaq ki, ABŞ Konqresi bir neçə ay əvvəl respublikaçı və demokrat senatorlar tərəfindən hazırlanmış və Rusiyanın ticarət tərəfdaşı olan ölkələrdən idxala 500% rüsum tətbiq edən qanun layihəsinə səsverməni dəfələrlə təxirə salıb.
Konqres liderləri səsvermənin gecikdirilməsini prezident Trampın Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya ilə sülh razılaşması əldə etmək cəhdi kimi göstəriblər.
Eyni səbəbdən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən çəkinən Tramp administrasiyası Kremllə uğursuz danışıqlardan sonra 2025-ci ilin oktyabrında Rusiyanın iki ən böyük neft şirkəti “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top