
Bu ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrə 10 milyard 849,7 milyon dollar dəyərində 20 milyon 754,6 min ton xam neft satıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta gömrük dəyəri 523 dollar (1 barel təxminən 71 dollar) olub.
Xam neft miqdar olaraq ən çox İtaliyaya, ən az isə Gürcüstana ixrac edilib. Qiymət baxımından isə ən baha Bolqarıstana (1 ton – 609 dollar), ən ucuz isə Gürcüstana (1 ton – 413 dollar) satılıb.
Xarici ölkələrə satılan neftin miqdarı və statistik dəyərini təqdim edirik:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz