“Qarabağ” “Napoli” ilə oyundan öncə azarkeşlərə müraciət edib


“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə İtaliyadakı oyunda klubu dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında məlumat dərc olunub.
“Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq. “Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı”.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə  00:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top