“Məhkəmə qərarından sonra Mehdiyevin YAP-dan çıxarılması məsələsinə baxılacaq”


“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə konkret məhkəmə qərarı olduqdan sonra Yeni Azərbaycan Partiyası (YAP) onun partiyadan çıxarılması məsələsinə baxacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Teleqraf.az-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bununla bağlı məhkəmənin qərarı olmalıdır:
“Məhkəmə qərarı olmadan Ramiz Mehdiyev haqqında danışılan sözlərin hamısı boş söhbətlərdir. Məhkəmənin qərarı olandan sonra o məsələlərin hamısı öz həllini tapacaq”.
Arif Rəhimzadə hazırda Ramiz Mehdiyev barəsində sadəcə olaraq məhkəmə araşdırması prosesinin getdiyini və bunun nəticələrini gözləməyin vacibliyini vurğulayıb:
“Onun haqqında verilən qərar məhkəmənin gedişi və prosesə cəlb edilməsi ilə bağlıdır”.
Qeyd edək ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və partiyanın Veteranlar şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-də R. Mehdiyevin dövlətə xəyanətdə ittiham olunmasına və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair məlumatlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top