ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək


ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker Azərbaycana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə məlumat yayıb.
Məlumata görə, səfər bu həftə baş tutacaq.
“Dövlət katibinin müavini Huker 15-21 noyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycana işgüzar səfər edəcək”, - Dövlət Departamentinin mətbuat xidməti bəyan edib.
Səfərin digər təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, xanım Huker hazırda Ermənistandadır, daha sonra Azərbaycana gələcək.

DİGƏR XƏBƏRLƏR

Top