
Noyabrın 16-dan 17-nə keçən gecə 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün 31 və 32-ci iştirakçılar məlum olub.
Yeniavaz.com xəbər verir ki, bunlar Norveç və Portuqaliya komandalarıdır.
Norveç səfərdə İtaliyanı 4:1 hesabı ilə məğlub edərək, I qrupunda, Portuqaliya isə Ermənistanı 9:1 hesabı ilə məğlub edərək, F qrupunda birinci olub.
2026-cı il Dünya Çempionatı iştirakçılarının hazırkı siyahısı belədir: ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası (CAR), Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Fil Dişi Sahilil, Fransa, Xorvatiya, Norveç və Portuqaliya.
Dünya çempionatına hələ 16 bilet qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz