İrandan Azərbaycana PUA ilə narkotik keçirməyə çalışdılar – Foto


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 17 kiloqram 235 qram narkotik vasitə (14 kq 85 qram marixuana, 3 kq 120 qram metamfetamin, 30 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbinin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1987-ci il təvəllüdlü Orucov Azər Məhərrəm oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top