
Məkkədən Mədinəyə gedən yolda hindistanlı zəvvarları daşıyan avtobus dizel yanacağı ilə dolu tankerlə toqquşub.
Yeniavaz.com “India Today”ə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Toqquşma nəticəsində 42 hindistanlı zəvvar ölüb.
Nəşrin məlumatına görə, sağ qalan bir neçə nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda Səudiyyə Ərəbistanının fövqəladə hallar xidmətləri qəza yerində işləyir.
Tətbiqimizi yükləyə bilərsiniz