“Hizbullah”ın daha iki komandiri öldürüldü


İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın cənubuna zərbə endirməsi nəticəsində “Hizbullah”ın daha iki yüksək rütbəli komandiri öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrailin pilotsuz təyyarəsinin raket atdığı avtomobildə müqavimət komandirləri Məhəmməd Şveyya və Radvan Haşab da olub.
Hadisə Tir sərhəd rayonunun Əl Mənsuri kəndində baş verib. Pilotsuz təyyarənin zərbə endirməsindən sonra avtomobil yanıb.
Qeyd edək ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ilin əvvəlindən bəri Livan ərazisinə 5 mindən çox hücum həyata keçirib. Hücum və atəş nəticəsində 309 nəfər ölüb, 598 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top