Təqaüd alan müharibə veteranlarının sayı 2381 nəfər azalıb


Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 182 min 204 nəfərə müharibə veteranı olduğu üçün təqaüd verilib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müharibə veteranlarına verilən təqaüdün orta məbləği 80 manat olub.
Məlumat üçün bildirək ki, təqaüd alan müharibə veteranlarının 98%-i və ya 178 min 521 nəfəri Azərbaycanın ərazi bütövlüyü uyğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər, 2%-i və ya 3 min 683 nəfəri isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər olub.
Azərbaycanın ərazi bütövlüyü uyğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün təqaüd alan müharibə veteranlarının sayı son bir ildə 2 381 nəfər azalıb.
Son 6 ildə müharibə veteranlarının sayı aşağıdakı kimi olub:
1 oktyabr 2020-ci il – 91 min 200 nəfər;
1 oktyabr 2021-ci il – 91 min 361 nəfər;
1 oktyabr 2022-ci il – 178 min 289 nəfər;
1 oktyabr 2023-cü il – 179 min 840 nəfər;
1 oktyabr 2024-cü il – 180 min 902 nəfər;
1 oktyabr 2025-ci il – 178 min 521 nəfər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top