
Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, Minayə Əkbərova finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 0:2 hesabı ilə məğlub olub.
Digər taekvondoçular – Cavad Ağayev bürünc medal uğrunda döyüşdə məğlub olub. Bunlardan başqa Məryəm Məmmədova 1/4 finalda, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz