
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Yeniavaz.com AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, K.Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.
“Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz