“Fələstin dövləti yaradılmayacaq” – Katz


“Fələstin dövləti yaradılmayacaq, Qəzza zolağı demilitarizasiya ediləcək və radikal HƏMAS hərəkatı silahsızlaşdırılacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” sosial şəbəkə hesabında yazıb.
“İsrailin siyasəti aydındır: Fələstin dövləti yaradılmayacaq. Qəzza zolağı sonuncu tunelədək demilitarizasiya olunacaq, HƏMAS isə ya beynəlxalq qüvvələr, ya da İsrail Müdafiə Ordusu tərəfindən silahsızlaşdırılacaq”, – Katz bildirib.
Qeyd edək ki, 9 oktyabrda ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin sülh planının birinci mərhələsi üzrə razılığa gəldiklərini açıqlayıb. Bu mərhələ Qəzza zolağında saxlanılan bütün girovların azad olunmasını və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə geri çəkilməsini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top