
Futbol üzrə dünya çempionatının Avropa zonası seçmə mərhələsinin sonuncudan əvvəlki turundan sonra pley-off mərhələsində iştirak edəcək 16 komandadan 5-i artıq məlumdur.
Yeniavaz.com xəbər verir ki, qruplarda ikinci yeri təmin edən Albaniya (K qrupu) və Çexiya (L qrupu), Millətlər Liqasının nəticələrinə əsasən isə Rumıniya, İsveç və Şimali İrlandiya pley-off iştirakçıları sırasına düşüblər.
16 komandadan ibarət pley-off mərhələsində 4 mundial vəsiqəsi uğrunda mübarizə aparılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz