Faktiki hava açıqlandı


Bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb.
“Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top