Ukrayna Rusiya ilə əsir mübadiləsi danışıqlarını bərpa etdi


Ukrayna prezidentinin göstərişi ilə Rusiya ilə əsir mübadiləsinin bərpası ilə bağlı məsləhətləşmələr bərpa edilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov sosial şəbəkə hesabında məlumat yayıb. 
“Bu danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəliblər. Bu, 1200 ukraynalının azadlığa buraxılması deməkdir”, - Umerov bildirib.
Onun sözlərinə görə, tezliklə bütün prosedur və təşkilati məsələlərin birləşdirilməsi üçün texniki məsləhətləşmələr keçiriləcək.
Rusiya tərəfi hələlik bununla bağlı açıqlama verməyib.
Rusiya və Ukrayna sonuncu dəfə 2025-ci il oktyabrın 2-də məhbus mübadiləsini elan ediblər. Hər tərəf 185 hərbi qulluqçunu digər tərəfə verib. Bundan əlavə, 20 mülki şəxs Rusiyaya qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top