
“ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoff Qəzza zolağında HƏMAS lideri Xəlil əl-Həyya ilə görüşməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Mənbələrinin bildirdiyinə görə, planlaşdırılan görüşdə Qəzzada atəşkəs məsələsi müzakirə olunacaq. Qəzet yazır ki, bu, Tramp administrasiyasının HƏMAS ilə açıq dialoqda maraqlı olduğunu da vurğulaya bilər.
Mənbələr qeyd edib ki, xüsusi nümayəndənin səfərinin dəqiq tarixi məlum deyil və onun planları dəyişdirilə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz