
“Avropada Rusiya ilə Ukrayna arasındakı münaqişədən irəli gələn üçüncü dünya müharibəsi təhlükəsi realdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkənin şimal-qərbindəki Gyor şəhərində müharibə əleyhinə mitinqdə çıxışı zamanı bildirib.
“Təhlükə olanda müharibə əleyhinə mitinq keçirilməlidir. Avropada müharibə təhlükəsi olduğuna inanıram. Avropa müharibə astanasındadır”, - Baş nazir deyib.
O hesab edir ki, hazırda Avropadakı vəziyyət bir qədər Birinci və İkinci Dünya Müharibələri ərəfəsindəki vəziyyəti xatırladır:
“Əsas sual budur ki, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə bizim həyatımıza təhlükə yarada bilərmi? Cavab bəli, ola bilər. Macarıstanın sülh yaratmaq şansı varmı? Xeyr. Macarıstan sülhməramlıya töhfə verə bilər, lakin biz sülhü bərqərar edə biləcəyimizi düşünə bilmərik”.
Tətbiqimizi yükləyə bilərsiniz