ABŞ Almaniyaya 3,5 milyard dollarlıq raket satacaq


ABŞ Dövlət Departamenti Almaniyaya 3,5 milyard dollara raket və avadanlıq satışına icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Dövlət Departamenti Almaniya hökumətinə təxmini dəyəri 3,5 milyard dollar olan “Standard Missile 6 Block I” və “Standard Missile 2 Block IIIC” raketlərinin, eləcə də əlaqəli avadanlığın mümkün satışını təsdiq etmək qərarına gəlib”, - məlumatda bildirilir.
Söhbət 173 “Standard Missile 6 Block I” və 577 “Standard Missile 2 Block IIIC” raketlərinin satışından gedir.
Qeyd edək ki, oktyabrın sonunda Almaniya Müdafiə Nazirliyinin ABŞ-dən əlavə 15 F-35 qırıcısı sifariş etmək niyyətində olduğu bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top