Tim Kuk “Apple”ın baş direktoru vəzifəsini tərk edə bilər − KİV


“Apple”ın baş direktoru Tim Kuk 2026-cı ildə istefa verə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, son qərar hələ verilməsə də, aparat mühəndisliyi üzrə baş vitse-prezident Con Ternus ən çox ehtimal olunan namizəd hesab olunur. Nəşr qeyd edib ki, şirkət yanvarda növbəti maliyyə hesabatı dərc olunana qədər çətin ki, yeni baş direktoru elan etsin. Ehtimal olunur ki, ilin əvvəlində yeni liderin gəlişi onlara “Apple”ın illik cədvəlində iki əsas hadisəyə daha yaxşı hazırlaşmağa imkan verəcək: iyunda tərtibatçılar konfransı və sentyabrda yeni “iPhone”un buraxılışı.
Nəşr qeyd edib ki, “Apple” artıq idarəetmə komandasını yeniləmək üçün mərhələli prosesə başlayıb. Məsələn, maliyyə direktoru Luka Maestri bu ilin əvvəlində, COO Ceff Uilliams isə iyul ayında istefa verib.
65 yaşlı Kuk texnologiya nəhənginin qurucusu Stiv Cobsun (1955-2011) yerinə 2011-ci ildən “Apple”a rəhbərlik edir. Bu müddət ərzində korporasiyanın kapitallaşması 350 milyard dollardan 4 trilyon dollara qədər artıb.

DİGƏR XƏBƏRLƏR

Top