Tramp BBC-yə qarşı beş milyard dollarlıq iddia qaldıracaq


ABŞ Prezidenti Donald Tramp “Panorama” proqramında çıxışının təhrif edildiyinə görə BBC yayım korporasiyasına qarşı bir milyard dollardan beş milyard dollara qədər məbləğdə iddia qaldıracağını bildirib.
Yeniavaz.com
“Deutsche Welle” (DW) telekanalına istinadla xəbər verir ki, Tramp bu barədə məlumatı jurnalistlərə "Air Force One" təyyarəsində verib.
O idddianın tezliklə qaldırılacağını bildirib.
"Biz onları bir milyarddan beş milyard dollara qədər təzminat ödəmək üçün məhkəməyə verəcəyik. Yəqin ki, gələn həftə”, - ABŞ Prezidenti qeyd edib.
“Düşünürəm ki, mən bunu etməliyəm. Onlar insanları aldatdılar. Hətta saxtakarlıq etdiklərini etiraf etdilər”, - Tramp bildirib.
Tramp həmçinin bildirib ki, o, Britaniyanın Baş naziri Kir Starmerlə məsələni müzakirə etməyib, lakin bu həftə sonu ona zəng etməyi planlaşdırır.
Qeyd edək ki, bu həftə BBC Trampdan çıxışının təhrif olunmasına görə rəsmi üzr istəsə də, təzminat ödəməkdən imtina edib.
Xatırladaq ki, Trampın çıxışının təhrif olunması ilə bağlı qalmaqal BBC-nin baş direktoru Tim Deyvi və xəbərlər xidmətinin rəhbəri Debora Ternessin istefasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top