
İsrail Futbol Federasiyası “Yeremiahu Holon” klubunun 17 yaşlı futbolçusunu rəqibini döydüyü üçün 99 il müddətinə futboldan uzaqlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin “One” portalı klubun mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, internetdə futbolçunun paltardəyişmə otağında rəqibinə hücum etməsi ilə bağlı video yayılıb.
Daha sonra klubun mətbuat xidməti futbolçunun heyətdən uzaqlaşdırıldığını açıqlayıb.
Portalın məlumatına görə, münaqişənin zədəli futbolçu tərəfindən törədildiyi iddia edilir.
İsrail Futbol Federasiyasının İntizam Məhkəməsi adı açıqlanmayan futbolçunu 2124-cü ilin noyabrına qədər diskvalifikasiya edib.
Portal yazdığına görə, diskvalifikasiya ilə yanaşı, futbolçu 2500 şekel məbləğində cərimələnib.
Tətbiqimizi yükləyə bilərsiniz