
Tez-tez keçirilən kəskin respirator infeksiyalar, əzələ zəifliyi və yorğunluq D vitamini çatışmazlığını göstərə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə gazeta.ru-ya dietoloq və endokrinoloq Diana Erikenova məlumat verib.
Həkim bildirib ki, D vitamini demək olar ki, bütün orqan sistemlərinin normal fəaliyyəti üçün vacibdir:
“O, otoimmün xəstəliklərin inkişaf riskini azaldır, qan təzyiqinin tənzimlənməsində və ürəyin normal fəaliyyətinin saxlanmasında, əhval-ruhiyyənin tənzimlənməsində iştirak edir, depressiya və narahatlıq pozğunluqları riskini azaldır.
D vitamini çatışmazlığının simptomları tədricən inkişaf edir və qeyri-spesifikdir: yorğunluq, əzələ zəifliyi, tonusun azalması, depressiya, tez-tez kəskin respirator infeksiyalar, osteopeniya, sümüklərin kövrəkliyi və yaraların yavaş sağalması. Çatışmazlığı aşkar etmək üçün D vitamini üçün qan testi vermək lazımdır. Optimal səviyyə 25(OH)D ≥ 30 ng/ml-dir. 30 ng/ml-dən aşağı nəticə çatışmazlıq, 20 ng/ml-dən az isə defisiti göstərir”.
Erikenova qeyd edib ki, səviyyə optimal olarsa, profilaktik dozalar təyin edilir, D vitamini çatışmazlığı və ya defisiti varsa, daha yüksək dozalar təyin edilir:
“Profilaktik doza 2000 ME/gün-ə qədərdir ki, bu da əksər böyüklər üçün təhlükəsizdir. Çatışmazlıq hallarında laboratoriya monitorinqi altında gündə 4000 ME-yə qədər doza qəbul edilir. Əgər ürəkbulanma, zəiflik, susuzluq və ya “sudorqa” əlamətləri yaranarsa, dərhal istifadəni dayandırın və analiz verin”.
Tətbiqimizi yükləyə bilərsiniz