Rusiyada avtobus yük maşını ilə toqquşdu − Ölənlər var


Rusiyanın Perm vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bölgədəki təcili xidmətlər yeddi nəfərin öldüyünü bildirib.
Ölkənin İstintaq Komitəsinin məlumatına görə, 12 nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəza avtobus sürücüsünün günahı üzündən baş verib. İddia edilir ki, o, qarşı zolağa keçdiyi zaman yük maşını ilə toqquşub. 
Qəza ilə bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top